Əfqanıstanda 60-dək `Taliban` döyüşçüsü öldürülüb 02 May 2015 01:00 Dünya Son sutka ərzində Əfqanıstan Silahlı Qüvvələrinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “Taliban” radikal birləşməsinin 60-dək döyüşçüsü zərərsizləşdirilib. Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilir. “Əməliyyat Uruzqan, Zabul, Qazni, Gilmend, Loqar, Qunduz, Sari-Pul, Badahşan, Fryab, Paktiya, Host və Baqlan vilayətlərində aparılıb. Nəticədə “Taliban”ın azı 57 silahlı üzvü öldürülüb, 35-i yaralanıb, 2 döyüşçü isə Əfqanıstan milli təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib”,- deyə DİN-in məlumatında deyilir. Silahlı Qüvvələrin itkisi barədə məlumat verilmir. Nazirliyin məlumatına görə, hərbçilər döyüşçülərin yüngül və ağır silahlarını müsadirə ediblər. Polis 7 əldəqayırma partlayıcı vasitəni zərərsizləşdirməyə də müvəffəq olub.(apa) Teqlər : #Əfqanıstanda 60dək `Taliban` döyüşçüsü öldürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərəbistanın kənarlaşdırılmış vəliəhdinin bu ölkə kralına qarşı sərt bəyanatı Bəhreyn xalqı yenidən ayağa qalxdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO