Şəkinin dağlıq kəndləri ağ örpək geyinib 25 Noyabr 2014 02:00 Ölkə Azərbaycana növbəti dəfə qar yağdı. Bu dəfə Şəkinin dağ kəndləri ağ örpəyə bürünüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Azərbaycanın rayonlarında noyabrın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Teqlər : #Şəkinin dağlıq kəndləri ağ örpək geyinib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru «Olimp» MTK sakinləri incidir Şamaxı Rəsədxanası NASA-ın iddiasını RƏDD ETDİ