7 min İŞİD-çi Əfqanıstana gəlib – KTMT 08 Fevral 2018 02:00 Dünya -- bu rəqəm kifayət qədər böyükdür və narahatlıq yaradır. Təxminən 7 min İŞİD üzvü Suriyadan Əfqanıstana göndərilib. Maide.Az "Axar.az" istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini Valeri Semerikov söyləyib. Onun sözlərinə görə, bu rəqəm kifayət qədər böyükdür və narahatlıq yaradır. Qeyd edək ki, bundan öncə Ali Rəhbər Ayətullah Xaemenei İŞİD-in Əfqanıstanda aktivləşməsi haqda xəbərdarlıq etmişdi. " ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana gətirməsinin səbəbi bölgədəki varlığını davam etdirməsinə don geyindirmək, eləcə də sionist İsrail rejimi üçün təhlükəsizliyi təmin etməkdir." İŞİD-in son aylar ərzində minlərlə insanın həyatına son qoymuş Əfqanıstandakı terror hadisələri üzərində ABŞ-ın imzasının olduğunu bildirən Ali Rəhbər İŞİD-i Suriya və İraqda xalqa qarşı edilən cinayətlərdə alət kimi istifadə edən ölkələrin indi də Əfqanıstanda mövqe tutmasını vurğulayıb. “Şiə və sünni fərq etmədən bütün vətəndaşlar ABŞ-ın dəstəklədiyi terrorçuların hədəfindədir. Onların birinci dərəcəli siyasəti region xalqlarını özünə məşğul etməkdir. ABŞ regionun dirçəlməsini istəmir. Onlar istəyirlər ki, dövlətlər və millətlərin başları özlərinə qarışsın, sionizmlə mübarizə fikrinə düşməsinlər.” Ayətullah Xamenei qeyd edib ki, Əfqanıstanda sabitsizliyin və qətliamların əsas səbəbkarı elə ABŞ özüdür. “Ötən 20 il ərzində bölgədə məzhəb adı ilə aparılan cinayətlər vasitəli və ya vasitəsiz olaraq ABŞ-dan qaynaqlanır. İndi də bölgədə gərginlik yaratmaqla öz məqsədlərini, siyasi və iqtisadi maraqlarını təmin edirlər.” Teqlər : #7 min İŞİDçi Əfqanıstana gəlib – KTMT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistan Əfqanıstanla sərhəddə divar tikəcək Hindistanlı siyasətçi müsəlmanların ölkədən çıxarılmasını istəyib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO