50 nəfəri gün vurub, 19-u xəstəxanalara yerləşdirilib 24 İyul 2017 01:00 Ölkə İyunun 1-dən indiyədək günvurma ilə bağlı Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 50 nəfər müraciət edib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov məlumat verib. Nazirlik rəsmisi qeyd edib ki, müraciət edənlərdən 19 nəfəri xəstəxanalara yerləşdirilib: “Həmin şəxslərə bütün zəruri təcili yardım göstərilib. Xəstələr ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb”. C.Xəlilov günvuran şəxslər arasında ölüm halının qeydə alınmadığını bildirib. / Teqlər : #50 nəfəri gün vurub,#19u xəstəxanalara yerləşdirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-Astara yolu bərbad durumda - VİDEO Bakıda İranın Qarabağ müharibəsindəki rolundan bəhs edən “Arazın Dayaz Günü” filminin təqdimatı keçirilib - FOTO/VİDEO