4-5 gün işıq olmayacaq 19 Noyabr 2018 12:13 Ölkə Fasilələr noyabrın 23-dək davam edəcək Bir neçə gün ərzində Bakının bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq. Maide.Az bildirir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən (ASC) verilən məlumata görə, Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Qeyd edək ki, qısa müddətli fasilələr noyabrın 23-dək davam edəcək. Yaranmış narahatçılığa görə "Azərişıq" ASC İstehlakçılardan üzr istəyir. Teqlər : #gün,#işıq,#olmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq