22 yaşlı gənci hicabına görə dərsə buraxmadılar- İspaniyada 21 Sentyabr 2016 01:00 Xəbərlər İspaniyada 22 yaşlı gənc qız hicabına görə dərsə gedə bilməyib. Maide.Az xəbər verir ki, müsəlman tələbə Jos Benlliure IES peşə məktəbində təhsil alır. Təhsil müəssisəsinin administrasiyası bildirib ki, bütün abituriyentlərə dərs ilinin başlanmasından bəri məşğələlərdə hicablı iştirak etməsi qadağan edilib. Bu daxili nizam-intizam qaydalarına uyğun tətbiq edilib. Hicablı tələbə isə bildirib ki, hicab onun bir hissəsidir, dini inancıdır. 22 yaşlı gənc bununla bağlı Racismo SOS irqçilik təşkilatına müraciət edəcəyini bildirib. Teqlər : #22 yaşlı gənci hicabına görə dərsə buraxmadılar İspaniyada, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəxtiyar Hacıyevin ölkədən çıxışına icazə verdilər Xəzər dənizi sahili yaxınlığında vertalyot qəzaya uğradı