2019-cu il Beynəlxalq Qüds gününün şüarı : ‘Qüdsə doğru’ 29 May 2019 12:46 Fələstin Qüds Günü ilk dəfə 1982-ci ildə İslam İnqilabının banisi Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bir çox müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri məqsədi ilə Qüds Günü keçirilir. Maide.Az xəbər verir ki, 2019-cu ilin beynəlxalq Qüds günü Fələstində və bir çox ərəb ölkələrində o cümlədən İraqda, Livanda “نَحو القدس” (Qüdsə doğru) şüarı ilə keçiriləəck. Dünyanın bir çox ölkələrində Qüds günü münasibətilə keçirilən yürüşlərdə bu şüar əsas mehvər seçiləcək. Eləcə də sosial şəbəkələrdə bu şüar Əqsa məscidinin şəkilləri ilə geniş formada yayımlanır. Sosial şəbəkə istifadəçiləri işğalçı rejimə etiraz məqsədilə bu şüarı geniş yayımlayırlar. Ramazan ayının son cüməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da beynəlxalq Qüds Günü kimi qeyd edilir. Bu il Beynəlxaq Qüds günü 31 may tarixinə təsadüf edir. Teqlər : #2019cu,#Beynəlxalq,#Qüds,#gününün,#şüarı,#‘Qüdsə,#doğru’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xalqının dözümündən Allaha şikayət edən liderlərin arzusu-QÜDS HƏMAS lideri Qüds və Əqsa məscidiylə bağlı çağırış edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar