11 min şəhər sakini Palmiranı tərk edib 23 May 2015 01:00 Dünya Suriyanın tarixi Palmira şəhərinin sakinlərindən olan 11 min nəfər İŞİD-in hücumlarından qorxaraq, şəhəri tərk edib. Maide.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, BMT bildirib ki, İŞİD terror qruplaşmasının Palmira şəhərinə nəzarəti ələ keçirməsinin ardınca təqribən 11 min nəfər şəhəri tərk edib. Qeyd edək ki, İŞİD cümə axşamı günü tarixi Palmira şəhərini işğal edib. YUNESKO bundan öncə İŞİD terrorçularının Palmira şəhərinə nüfuz etməsi barədə xəbərlərin yayılmasının ardınca, şəhər əhalisinin təhlükəsizliyi ilə bağlı nigaranlıq edərək, dünya ictimaiyyətindən bu şəhərin tarixi irsinin məhv edilməsini önləmək üçün bütün imkanlarını səfərbər etmələrini istəmişdi. Palmira (Tədmur) Yaxın Şərqin ən qədim şəhərlərindən sayılır və Suriyanın mərkəzi Homs vilayətində yerləşir. Bu şəhər tarixi baxımdan son dərəcə böyük əhəmiyyətə malikdir. Şəhərin tarixi miladdan öncəki dövrə aiddir. Teqlər : #11 min şəhər sakini Palmiranı tərk edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT TŞ Ərəbistanın Qətif vilayətindəki hücumu pisləyib - VİDEO Hizbullah təkfirçilərə qarşı səfərbərlik elan edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO