Zeytun boyda qarpız yetişdirdi – VİDEO 17 Yanvar 2019 11:26 Maraq dünyası Antalyada bir şirkətin istehsal etdiyi zeytun boyda qarpız böyük maraq doğurub. Maide.Az “AA”-a istinadla xəbər veri ki, xiyar, badımcan, rəngli karnabahar və kök kimi məhsulları istehsal edən şirkət 26-cı beynəlxalq qida və içkilər sərgisində yetişdirdiyi zeytun boyda qarpızı sərgiləyib. Bu sərgi iştirakçılarının böyük marağına səbəb olub. Şirkətin baş direktoru Mustafa Erüst bildirib ki, 13 növ çiçək , 20-yə yaxın minyatür tərəvəz və 180 növ müxtəlif ədviyyat, otlar və məhsullar istehsal ediblər. Meyvə və tərəvəzi uşaqlara sevdirmək məqsədi ilə belə bir məhsulu istehsal etməyə başladıqlarını deyən M.Erüst bildirib ki, miniyatür məhsullar uşaqların daha çox diqqətini cəlb edir. Teqlər : #Zeytun,#boyda,#qarpız,#yetişdirdi,#–,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘YouTube’ bu növ videoların yüklənməsinə qadağa qoydu İlon Mask uçan avtomobilin istehsal tarixini açıqladı