Yəməndə yüz minlərin iştirakı ilə Aşura keçirildi

Yəməndə yüz minlərin iştirakı ilə Aşura keçirildi

Avqustun 30-u Yəmənin paytaxtı Səna və bir sıra vilayətlərində yüz minlərlə yəmənli Aşura günü və İmam Hüseynin (ə) şəhid olmasının ildönümünü qeyd edərək, kütləvi yürüşlər keçirib.

 
 Tədbirlərdə İmam Hüseyinin (ə) inqilabı və zalımlara qarşı həqiqi münasibəti haqqında çıxışlar və şeirlər səsləndirilib.
 
İslamın təlimlərindən uzaqlaşma səbəbi ilə Aşura faciəsinin baş verdiyi vurğulanıb.
 
İmam Hüseynin (ə) zalımların qarşısında təkbaşına qalanda üzləşdiyi faciənin özünə, övladlarına və ailəsinə qarşı işlənən cinayətlərlə beş ildən artıqdır Səudiyyə rejimi-ABŞ təcavüzü nəticəsində davam edən Yəmən faciəsinin bənzərlikləri çatdırılıb.
 
Eləcə də İmam Hüseyn (ə) inqilabının şəhid Seyid Hüseyn Bədrəddin Əl-Husi inqilabı, Kərbəla isə Mərran faciəsi ilə əlaqələndirilib.
 
Aşura günü yürüşlərinə qatılan yəmənlilər Yəmənin azadlığını qorumaq üçün Səudiyyə rejimi-ABŞ-BƏƏ təcavüzkarlığına qarşı mübarizə aparacaqlarını bildiriblər. Yüz minlərlə yəmənli Fələstin mübarizəsi və İslam ziyarətgahlarının müdafiəsinə dəstəyini təsdiqləyib və bölgədəki ABŞ hegemonluğunu rədd ediblər./deyerler.org/
 

Google+ WhatsApp ok.ru