Yəməndə yenə dinc sakinləri öldürdülər

Yəməndə yenə dinc sakinləri öldürdülər

Yəmənin Hudeyda liman şəhəri Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin hücumuna məruz qalıb. 

 Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   

Məlumatda vurğulanır ki, liman şəhəri top və raket zərbələri ilə vurulub. 

 Nəticədə 4 nəfər mülki şəxs həlak olub, 12 nəfər isə yaralanıb. 

 Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.

Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur.

Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. /eastnews.org/

Google+ WhatsApp ok.ru