Yəmənə gedən humanitar yardımların ələ keçirilməsi sərt şəkildə qınandı

Yəmənə gedən humanitar yardımların ələ keçirilməsi sərt şəkildə qınandı

Yəmənin BMT-dəki daimi nümayəndəsi Ümmü Gülsüm Bələvi Səudiyyə Ərəbistanı hökumətini tənqid edib.   

Ümmü Gülsüm Bələvi açıqlamasında bildirib ki, Yəmənə göndərilən humanitar yardımların olduğu gəminin Səudiyyə Ərəbistanı tərəfindən saxlanılması beynəlxalq qanunlara ziddir. 

 "Bu Almaniyadakı faşistlərin etdiklərindən də pisdir.

Humanitar yardımları ələ keçirmək insanlıqdan kənar addımdır", - deyə Ümmü Gülsüm Bələvi diqqətə çatdırıb.   

O, qeyd edib ki, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənə qarşı törətdiyi müharibə cinayətlərini də dayandırmalıdır.

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.

 
Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.
 
Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. /eastnews.org/

Google+ WhatsApp ok.ru