Xeyirli aqibətin rəmzi

Xeyirli aqibətin rəmzi

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 102-ci ayəsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ

Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun (ilahi təqvaya layiqincə əməl edin) və yalnız müsəlman olaraq ölün.”

İman, elm və təqva kimi kamilliklərin mərhələləri var. İbtidai, üstün və mütləq kamal mərhələləri mövcuddur. Quranda oxuyuruq: “Pərvərdigara! Mənim biliyimi artır.” (“Taha”, 114.)

“Məkarimul-əxlaq” duasında isə belə oxuyuruq: “Pərvərdigara! Mənim imanımı kamala çatdır.”

Bu ayədə isə təqvanın ən ali dərəcəsini əxz etmək tövsiyə olunur.

Bildirişlər

1. Mömin hər gün bir mərtəbə yuxarı qalxmalıdır.

2. Gerçək təqva yaranış və məada iman sayəsində əldə olunur.

3. Təqva xeyirli aqibətin rəmzidir.

4. İman gətirmək kifayət deyil, imanlı qalmaq lazımdır. İşə başlamaq bir o qədər də mühüm deyil. Ən mühümü işi sona çatdırmaqdır.

5. İslam təkcə necə yaşamağı yox, həm də necə ölməyi bizə öyrədir.

6. İnsanın öz tale və aqibətində rolu var.

7. İslam həm təqvanın keyfiyyətinə əhəmiyyət verir, həm də onun ömrünün sonunadək davamını mühüm sayır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 102-ci ayənin təfsiri.)

Maide.az

Google+ WhatsApp ok.ru