Xanım Fatimeyi-Zəhranın (s.ə.) xadiməsi Fizzənin cavabı

Xanım Fatimeyi-Zəhranın (s.ə.) xadiməsi Fizzənin cavabı

Fizzə Xanım Fatimeyi-Zəhranın (s.ə.) xadiməsidir. O, Xanımın gözəl əxlaqı və elmindən bəhrələnir, Quran hafizi və böyük məqam sahibi olur və imamət evinin üzvlərindən birinə çevrilir.

Tarixi mənbələrdə nəql olunur ki, bir dəfə Fizzə səhrada həcc karvanından geri qalır. Karvandan ayrı düşmüş Abdulla Mübarək adlı biri deyir ki, səhrada bir nəfər yalqız qadın gördüm. Mən dəvə ilə onun yanına gedib hər nə soruşurdumsa, “Quran” ayəsi ilə cavab verdi. Ondan soruşdum: “Sən kimsən?”

Cavab verdi:

وَقُلْ سَلَامٌ فَسَوْفَ يَعْلَمُونَ

“De, salam olsun sizlərə, tezliklə biləcəklər.” (“Zuxruf”, 89.)

Ona salam verdikdən sonra soruşdum: “Sən bu səhrada nə edirsən?”

Cavab verdi:

وَمَن يَهْدِ اللَّهُ فَمَا لَهُ مِن مُّضِلٍّ

Allah hər kəsi hidayət etsə, yolunu azmaz.” (“Zumər”, 37.)

Başa düşdüm ki, yolu azıb. Soruşdum: “Cinlərdənsən, yoxsa insanlardan?”

Cavab verdi:

يَا بَنِي آدَمَ خُذُواْ زِينَتَكُمْ

Ey Adəm oğulları, bəzəklərinizi, zinətlərinizi götürün.” (“Əraf”, 31.)

Bu ayə ilə insan olduğunu bildirdi. Soruşdum: “Haradan gəlirsən?”

Cavab verdi:

أُوْلَئِكَ يُنَادَوْنَ مِن مَّكَانٍ بَعِيدٍ

Onlar uzaq yerdən səslənərlər.” (“Fussilət”, 44.)

Anladım ki, uzaq yoldan gəlir. Dedim: “Hara gedirsən?”

Cavab verdi:

وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً

Allah imkanlı şəxslərə Kəbənin həccini vacib etdi.” (“Ali-İmran”, 97.)

Onun Məkkəyə, həcc ziyarətinə getdiyini bilib soruşdum: “Karvandan nə vaxt ayrı düşübsən?”

Cavab verdi:

وَلَقَدْ خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ

Biz göyləri yeri onların arasında olanları altı günə yaratdıq.” (“Qaf”, 38.)

Bildim ki, karvandan ayrı düşdüyü altı gündür. Soruşdum: “Yemək istəyirsənmi?”

Cavab verdi:

وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ الطَّعَامَ

Biz onları yemək yeməyən cəsədlər tək yaratmadıq. (“Ənbiya”, 8.)

Başa düşdüm ki, acdır. Dedim: “Tələs, tez gəl.”

Cavab verdi:

لاَ يُكَلِّفُ اللّهُ نَفْسًا إِلاَّ وُسْعَهَا

Allah heç kimin boynuna gücündən artıq yük qoymaz.” (“Bəqərə”, 286.)

İndi də yorulub yeriməyə taqəti olmadığını anlayıb soruşdum: “İstəyirsənmi səni tərkimə alım?”

Cavab verdi:

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ

Əgər yerdə göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi də fəsada uğrayardı. (“Ənbiya”, 22.)

Demək, mənimlə birgə dəvədə oturmağa həya edir. Dəvədən düşüb onu mindirdim. Dəvəyə mindikdə dedi:

سُبْحانَ الَّذِي سَخَّرَ لَنَا

Pak münəzzəhdir o Allah ki, bunu bizə ram etdi.” (“Zuxruf”, 13.)

Karvana çatan zaman ondan soruşdum: “Karvanda sənin qohum-əqrəban varmı?”

Cavab verdi:

يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ

Ey Davud, biz səni yer üzündə xəlifə qərar verdik.” (“Sad”, 26.)

وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ

Muhəmməd peyğəmbərdən başqa bir şey deyildir.(“Ali-İmran”, 144.)

يَا يَحْيَى خُذِ الْكِتَابَ بِقُوَّةٍ

Ey Yəhya, kitabı möhkəm tut.(“Məryəm”, 12.)

يَا مُوسَى إِنِّي أَنَا اللَّهُ رَبُّ الْعَالَمِينَ

Ey Musa, mənəm aləmlərin Rəbbi olan Allah!” (“Qəsəs”, 30.)

Başa düşdüm ki, karvanda ona qohum olan Davud, Muhəmməd, Yəhya və Musa adlı şəxslər vardır. Onları çağırdım. Dörd nəfər gənc oğlan o qadına tərəf gəldi. Ondan soruşdum: “Bunlar sənin nəyindir?”

Cavab verdi:

الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا

Mal övlad dünya həyatının bəzəyidirlər.” (“Kəhf”, 46.)

Məlum oldu ki, onlar qadının övladlarıdır. Əzizləri qadının yanına gələndə, o dedi:

يَا أَبَتِ اسْتَأْجِرْهُ إِنَّ خَيْرَ مَنِ اسْتَأْجَرْتَ الْقَوِيُّ الْأَمِينُ

Ey ata, onu qulluğa götür. Çünki yaxşı bir insanı qulluğa götürürsən. O, qüvvətli əmin bir şəxsdir.” (“Qəsəs”, 26.)

Qadın bununla onlara dedi ki, mənim haqqımı, muzdumu versinlər. Onlar mənə bir miqdar pul verdilər. Mən onlardan soruşdum: “Bu xanım kimdir?

Dedilər: “Bu qadın Həzrət Fatimeyi-Zəhranın (s.ə) kənizi, bizim anamız Fizzədir. O, iyirmi ildir ki, yalnız Quran ayələri ilə danışır.” (“Beytul-əhzan”, Şeyx Abbas Qummi, səh.28-31.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru