WhatsApp geri addım atdı

WhatsApp geri addım atdı

WhatsApp bu dəfə atdığı geri addımla gündəmdədir. Məşhur mesajlaşma tətbiqi bir müddət əvvəl dayandırdığı layihəyə yenidən start verib. 
 
Xatırladaq ki, WhatsApp bir müddət əvvəl «qaranlıq  rejimi» heç bir açıqlama eləmədən Android tətbiqindən çıxarmışdı. Lakin deyəsən, məşhur mesencer bu addımından peşman olub, sözügedən xüsusiyyət üçün yenidən düyməyə basıb.
 
WhatsApp-ın beta güncəlləməsi ilə birlikdə yenidən əlavə olunan xüsusiyyət zəng və durum ekranlarını da əhatə edir.
 
Bildiyiniz kimi, qaranlıq rejimin ən böyük üstünlüyü, ekran istifadəsini azaldır ki, bu da OLED ekranlı telefonlarda şarj sərfiyyatını azaldır.  /FaktXeber/
 

Google+ WhatsApp ok.ru