Xəbər verdiyimz kimi, İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.
Maide.Az “Abna”-a istinadən xəbər verir ki, “Vəhdət həftəsi”nin başlanması və İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı ötən gün Yəməndə yüz minlərlə insanın iştirakı ilə paytaxt Sanada təntənəli bayram şənliyi keçirilib.
Sanada keçirilən təntənəli bayram şənliyindən fotoları təqdim edirik: