Həbsdə olan ilahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilib.
Maide.Az bildirr ki, bu barədə AzadlıqRadiosuna L.İsmayılzadə özü bildirib.
«Sentyabrın 30-da müstəntiq mənimlə əlaqə saxlayıb, vəkilimlə birlikdə yenidən istintaq idarəsinə gəlməyimi istəmişdi. Bu gün (oktyabrın 2-də-red.) getdik. Bizə bildirildi ki, cinayət tərkibi olmadığına görə cinayət işinə xitam verilir. Telefonu da özümə qaytardılar», - L.İsmayılzadə bildirib.
O hesab edir ki, cinayət işinə xitam verilməsi onunla bağlı olaya ictimaiyyətin kəskin təpkisinin nəticəsidir: «Məni tək qoymayan hər kəsə təşəkkür edirəm».