Avqustun 18-də Bakı Şəhəri Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına 1800-ə yaxın müraciət daxil olub.
Stansiyadan verilən məlumata görə, 5 nəfər günvurma ilə bağlı müraciət edib. Onlardan 2-si xəstəxanaya yerləşdirilib.
2 nəfəri həşarat sancıb. Onlar da xəstəxanaya yerləşdirilib.
Ötən gün suda boğulma hadisəsi baş verməyib.