İnterpolun Suriya hökumətinə 2011-ci ildə qoyulan qadağanı ləğv etdiyi bildirilir.
Maide.Az “TRT”-ə istinadla xəbər verir ki, Beynəlxalq Cinayət Polisi Təşkilatının (İnterpol) Suriyaya tətbiq etdiyi qadağanı ləğv etdiyi bildirilib.
“Dəməşqə təşkilatın qlobal təhlükəsizlik polisi rabitə şəbəkəsinə giriş icazəsi verildi”.
İnterpol 1953-cü ildə təşkilata üzv olan Suriyanı 2011-ci ildə ölkədə müharibə vaxtı qadağa qoymuşdu.
Qeyd edək ki, İnterpol-a 194 ölkə üzvdir.