Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə iştirak edəcək zəvvarlar üçün pulsuz internet və rabitə xidməti istifadəyə veriləcək.
Maide.az xəbər verir ki, bu barədə İraqın Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin sözçüsü Əhməd İbrahim deyib.
O qeyd edib ki, şirkət Ərbəin zəvvarlarına xidmət göstərən Mokiblərə və zəvvarlara pulsuz internet və rabitə xidməti vermək üçün prosesə başlayıb. “Babil – Kərbəla yolunda Ərbəin zəvvarları üçün rabitə xidməti göstərmək məqsədilə telefon qovşaqları quraşdırılacaq. Həmçinin Kərbəla və Nəcəf əyalətində Ərbəin zəvvarları üçün internetin təmini məqsədilə kabellər yenilənir”.
O qeyd edib ki, Nəcəf əyalətində və Nəcəf – Kərbəla yolunda 30 mərkəzə internet verilib ki, onlar zəvvarların pulsuz internet təminatını həyata keçirsin.
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
Bu il Ərbəin miladi təqvim ilə 27 sentyabrtarixinə təsadüf edir.
Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.