‘Onlar bu əməli ilə İslam dünyasına xəyanət etdi’ - Ayətullah Xamenei

"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)  həm İslam dünyasına, həm bölgə ölkələri və ərəb xalqlarına və həmdə Fələstinə  xəyanət etdi."
 
Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei deyib. 
 
Ali Rəhbər bu xəyanətin çox uzun sürməyəcəyini və ləkə onların üzərində qalacağını qeyd edib. "Onlar sionistlərin ayağını bölgəyə açdılar. Fələstin məsələsini  ki,  unutdular və işğalçı ilə münasibətləri normallaşdırdılar. Fələstin xalqı  hərtərəfli  güclü təzyiq altındadırlar.  Belə bir zamanda onlar  İsrail ilə və ABŞ-ın pis ünsürləri Trampın ailəsində olan o, yəhudi ilə  İslam dünaysının əleyhinə işləyirlər. Qəddarlıqla İslam dünyasına qarşı çıxırlar.”
 
Ayətullah Xamenei  BƏƏ rəsmilərinin tez ayılacağına və  gördükləri işi kompensasiya edəcəklərinə ümid etdiyini bildirib.