Namazın 3-cü və 4-cü rükətlərində deyilən “təsbihati-ərbəə”ni üç dəfədən az və ya çox demək olarmı?
Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:
NAMAZIN HÖKMLƏRİ
SUAL 66: Namazın 3-cü və 4-cü rükətlərində deyilən “təsbihati-ərbəə”ni üç dəfədən az və ya çox demək olarmı?
Bütün mərcəi-təqlidlərin rəyi (Ayətullah Fazil Lənkəranidən başqa): “Təsbihati-ərbəə”ni bir dəfə demək kifayətdir, amma yaxşı olar ki, üç dəfə deyilsin və “zikr” məqsədilə üç dəfədən artıq deməyin də eybi yoxdur.”
(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1005; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 1006; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1014; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 483.)
Ayətullah Fazil Lənkərani: “Vacib ehtiyata əsasən, “təsbihati-ərbəə” üç dəfə deyilsin.
(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1005.)
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!