Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:
FİTRƏ ZƏKATININ HÖKMLƏRİ
SUAL 56: Yataqxanada qalan təbələbənin fitrə zəkatı verməsi vacibdirmi?
Bütün mərcəi-təqlidlərin rəyi: Onun yaşayış xərcini ata-anası ödəyirsə və onların çörəyini yeyən sayılırsa, fitrə də onların öhdəsindədir. Amma tələbə özü müstəqil olarsa, fitrə də öz öhdəsindədir.
(“Əl-urvətul-vusqa”, 2-ci cild, “Fitrə zəkatı” bölümü, məsələ 2.)
Mövzu ilə bağlı başqa bir sual: Yataqxanada yaşayan, dövlət yeməklərindən pulsuz istifadə edən tələbə və əsgərlərin fitrəsini kim ödəməlidir?
Bütün mərcəi-təqlidlərin rəyi (Safi, Məkarim və Nuridən başqa): Özü ödəməlidir və əgər imkanı olmazsa, fitrə vermək öhdəsindən götürülür.
(“İstiftaat”, İmam Xomeyni, 1-ci cild, “Zəkat” bölümü, sual 17; “İstiftaat”, Ayətullah Xamenei, sual 859, 860 və 863; “İstiftaat”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 876; “İstiftaat” Ayətullah Təbrizi, sual 78-781; “Ayətullah Vəhid, Ayətullah Behcət və Ayətullah Sistaninin dəftərxanasından sorğu.)
Ayətullah Nuri: Qeyd olunmuş fərziyyədə fitrə zəkatını ödəmək kimsəyə vacib deyil.
(“İstiftaat”, 2-ci cild, sual: 302.)
Ayətullah Məkarim Şirazi: İmkanı olarsa, vacib ehtiyata əsasən, özü ödəməlidir.
(“İstiftaat”, 1-ci cild, sual: 369.)
Ayətullah Safi: İmkanı olan hər kəs, ehtiyata əsasən, özü ödəməlidir.
(“Camiul-əhkam”, 1-ci cild, sual: 563.)
Qeyd: “Tələbələr fitrə zəkatı ödəməməlidir” deyən mərcəi-təqlidlərin nəzəri budur ki, imkanı olan kəs müstəhəb ehtiyata əsasən, özü ödəsin.