Əgər oruc tutan şəxs “Hələ sübh azanı verilməyib!” – təsəvvürü ilə obaşdan yeməyinə davam edərsə və sonradan sübh azanının verildiyini bilərsə, onun orucunun hökmü nədir?
Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:
ORUCUN HÖKMLƏRİ
SUAL 54: Əgər oruc tutan şəxs “Hələ sübh azanı verilməyib!” – təsəvvürü ilə obaşdan yeməyinə davam edərsə və sonradan sübh azanının verildiyini bilərsə, onun orucunun hökmü nədir?
Bütün mərcəi-təqlidlərin rəyi (Ayətullah Bəhcətdən başqa): Əgər sübh azanının vaxtını araşdırmadan yeməyə davam edibsə, orucu batildir və qəzasını tutmalıdır.
(“Təliqat ələl-urvə”, İmam Xomeyni, Ayətullah Nuri, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkraim Şirazi, 3-cü cild, 4-cü fəsil; “Minhacus-salihin”, Ayətullah Təbrizi, məsələ 1023; “Hidayətul-ibad”, 1-ci cild, məsələ 1336; Ayətullah Xameneinin dəftərxanasından sorğu.)
Ayətullah Bəhcət: Əgər sübh azanının vaxtını araşdırmadan yeməyə davam edibsə, vacib ehtiyata əsasən, orucu batildir və qəzasını tutmalıdır.
(“Vəsilətun-nəcat”, Ayətullah Bəhcət, 1-ci cild, məsələ 1132.)
QEYD: Bu şəxsin orucu batil olsa da belə, həmin günü şam azanına qədər orucu batil edən işlərdən çəkinməlidir.
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!