DƏSTƏMAZIN HÖKMLƏRİ
SUAL 18: Dəstəmazda qolları dirsəkdən biləyə qədər yumaq kifayət edirmi? Başqa sözlə, dəstəmaz zamanı üzü yumamışdan öncə əllər biləyə qədər yuyulur, sonra isə üz yuyulur. Üzü yuduqdan sonra qolları dirsəkdən biləyə qədər yumaq kifayət edirmi?
Bütün mərcəi-təqlidlərin cavabı: “Xeyr, kifayət etmir və dəstəmazda üzü yuduqdan sonra sağ və sol qolu yuyarkən, mütləq qolu dirsəkdən barmaqların ucuna qədər yumaq lazımdır. Əgər qollar biləyə qədər yuyularsa, dəstəmaz batildir.”
“Əl-urvətul-vusqa”, 1-ci cild, “Dəstəmazın əməlləri” bölümü, məsələ 13; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 253; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 248; “Tozihul-məsail”, digər mərcəi-təqlidlər, məsələ 247; “Dəftərxana”, Ayətullah Xamenei.
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: