DƏSTƏMAZIN HÖKMLƏRİ
SUAL 17: Dəstəmazda üzü və əlləri neçə dəfə yumaq lazımdır?
İmam Xomeyni, Ayətullah Xamenei, Ayətullah Fazil Lənkərani və Ayətullah Nuri Həmədani: Dəstəmazda üzü və əlləri (qolları) bir dəfə yumaq vacib, ikinci dəfə yumaq caiz, üçüncü dəfə və daha artıq yumaq isə haramdır.
(“Tozihul-məsail”, adıçəkilən mərcəi-təqlidlər, məsələ 248; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 102.)
Ayətullah Bəhcət, Ayətullah Sistani, Ayətullah Safi, Ayətullah Vəhid Xorasani: Dəstəmazda üzü və əlləri bir dəfə yumaq vacib, ikinci dəfə yumaq müstəhəb, üçüncü dəfə və daha artıq yumaq isə haramdır.
(“Tozihul-məsail”, Ayətullah Bəhcət, Ayətullah Safi və Ayətullah Sistani, məsələ 248; “Tozihul-məsail”, Ayətullah vəhid Xorasani, məsələ 254.)
Ayətullah Təbrizi: Dəstəmazda üzü və əlləri bir dəfə yumaq vacib və ikinci dəfə yumaq məşhur nəzərə əsasən müstəhəbdir. Lakin vacib ehtiyata əsasən, sol qol ikinci dəfə yuyulmamalıdır. Üçüncü dəfə və daha artıq yumaq isə haramdır.
(“Tozihul-məsail”, Ayətullah Təbrizi, məsələ 248.)
Ayətullah Məkarim Şirazi: Dəstəmazda üzü və əlləri biri dəfə yumaq vacibdir. Vacib ehtiyata əsasən, üz və əllər ikinci dəfə yuyulmamalıdır. Üçüncü dəfə və daha artıq yumaq isə haramdır.
(“Tozihul-məsail”, Ayətullah Məkarim Şirazi, məsələ 248.)
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: