SUAL 12: “Vacib ehtiyat” və “müstəhəb ehtiyat” nə deməkdir?
CAVAB: Əgər mərcəi-təqlid (müctəhid) hər hansı bir məsələdə qəti fətva vermədən “vacib ehtiyat” ifadəsi eşlədibsə, bu halda, təqlid edən şəxs həmin məsələni tərk edə bilməz; ya bu ehtiyata əməl etməlidir, ya da elmdə təqlid etdiyi müctəhiddən aşağı, digər müctəhidlərdən isə üstün olan müctəhidə mürciət etməlidir. (Əgər ikinci müctəhid də uyğun məsələdə “vacib ehtiyat”a əməl olunduğunu deyibsə, elmdə ikinci müctəhiddən aşağı, digər müctəhidlərdən isə üstün olan üçüncü bir müctəhidə müraciət etməlidir.)
Amma “müstəhəb ehtiyat” deyilən məsələdə, təqlid edən şəxs həmin məsələni tərk edə bilər, amma ona əməl edərsə, savab verilər.
(Mərcəi-təqlidlərin “Tozihul-məsail” kitabı, məsələ 7-8.)
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: