Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:
TƏQLİDİN HÖKMLƏRİ
TƏQLİDİN MEYARI
SUAL 7:
a) Daha elmli müctəhidə təqlid nə zaman gerçəkləşir?
CAVAB: Bütün müctəhidlərin nəzəri: Müctəhidin fətvasına əməl olunduğu zaman təqlid gerçəkləşir.
(“Tozihul-məsail”, məsələ 2; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 34;)
b) Əgər “Risalə”si (“Tozihul-məsail” kitabı) olmayan daha elmli müctəhidə təqlid etmək caizdirmi?
CAVAB: Bütün müctəhidlərin nəzəri budur ki, həmin müctəhid “mərcəiyyət” (daha elmli müctəhid olma) şərtlərinə sahibdirsə, ona təqlid etmək caizdir və risaləsinin olması şərt deyil!
(“Tozihul-məsail”, məsələ 2; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 9;)
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!