UNRWA rəsmisi: Qəzza zolağında  humanitar böhran  daha da dərinləşə bilər

UNRWA rəsmisi: Qəzza zolağında humanitar böhran daha da dərinləşə bilər

 
BMT-nin fələstinli qaçqınlara dəstək fondu olan UNRWA-nın mətbuat katibi Adnan Əbu Həsənə jurnalistlərə açıqlama verib. 
 
O, açıqlamasında vurğulayıb ki, fələstinli qaçqınlara yardım üçün hazırda 200 milyon dollara ehtiyac var. 
 
"Bu pul ilə humanitar yardımlar həyata keçiriləcək. Az da olsa fələstinlilərin problemləri aradan qaldırılacaq", - deyə Adnan Əbu Həsənə diqqətə çatdırıb.
 
Adnan Əbu Həsənə açıqlamasında qeyd edib ki, Qəzza zolağında təhlükəsizlik, humanitar böhran və digər məsələlər aradan qaldırılmadığı üçün problemlər daha da dərinləşə bilər.  /eastnews.org/ 
 

Google+ WhatsApp ok.ru