Tanzaniya tarixində ən iri qiymətli daşlar tapan şəxs məktəb və xəstəxana tikəcək

Tanzaniya tarixində ən iri qiymətli daşlar tapan şəxs məktəb və xəstəxana tikəcək

Tanzaniyada kiçik bir mədənçi olan və bir gündə milyonerlər sinfinə yüksələn Saniniu Laizer, daha bir rekord qırıb.

 
Bu dəfə çəkisi 6,3 kiloqram olan bir tanzanit daşı aşkar edən Laizer, bunu dövlətə 2 milyon dollara satıb.
 
Manyara bölgəsinin şimalındakı Simanjiro şəhərində yaşayan Laizer, bu pulları məktəb və xəstəxana tikmək üçün istifadə edəcəyini söyləyib.
 
İyun ayında Saniniu Laizer Tanzaniya tarixində bu günə qədər ən böyük iki tanzanit daşını tapmışdı. Birinin 5.8, digərinin isə 9.2 kiloqram ağırlığında olan daşlar üçün 7.74 milyard Tanzaniya şilinqi (təxminən 5.6 milyon manat) alan Laizer, bir gecədə varlandı.
 
Varlanmasına baxmayaraq köhnə həyat tərzindən əl çəkməyəcəyini deyən Laizer, sayı 2 minə çatan inəklərinə baxmağa davam edəcəyini də söyləmişdi. 52 yaşlı Saniniu Laizerin dörd arvadı və 30-dan çox uşağı var.
 
Laizerdən əvvəl ölkədə indiyə qədər ən böyük tanzanit daşı 3,3 kiloqram çəkisində tapılmışdı.
 
Təkcə Tanzaniyada hasil edilən tanzanit daşı tünd bənövşəyi-mavi rəngdədir. Dünyanın ən nadir daşlar arasında olan tanzanit mədənlərinin 20 il ərzində tamamilə tükənə biləcəyi bildirilir./bbc/
 

Google+ WhatsApp ok.ru