Ötən tədris ilinin ikinci yarımili ilə bağlı şagirdlərin diaqnostik qiymətləndirilməsi aparılacaq

Ötən tədris ilinin ikinci yarımili ilə bağlı şagirdlərin diaqnostik qiymətləndirilməsi aparılacaq

2019-2020-ci tədris ilinin ikinci yarımili ilə bağlı şagirdlərin diaqnostik qiymətləndirilməsi aparılacaq. 
 
Maide.Az APA-a istinadla xəbər verir ki,  bu barədə Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə imzaladığı əmrdə bildirilib.
 
Əmrdə qeyd edilib ki, 2019-2020-ci tədris ilinin 2-ci yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyəti diaqnostik qiymətləndirmə vasitəsilə öyrənilməli və çatışmazlıqlar yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılmalıdır.  
 

Google+ WhatsApp ok.ru