Ötən il 212 ətraf mühit fəalı öldürülüb

Ötən il 212 ətraf mühit fəalı öldürülüb

Ötən il dünya üzrə 212 ətraf mühit fəalı öldürülüb. Məlumatı “Global Witness” insan haqları və ətraf mühit təşkilatı yayıb.
 
Qrupun iyulun 29-da açıqladığı hesabatda deyilir ki, 2015-ci ilin dekabrından, yəni Paris iqlim sazişi əldə olunandan hər həftə ortalama dörd fəal qətlə yetirilib.
 
Təsdiqlənən ölüm hallarının yarısı Kolumbiya və Filippinin payına düşür. Bu ölkələrdə uyğun olaraq 64 və 43 fəal öldürülüb. Sonrakı yerlərdə Braziliya, Meksika, Honduras və Qvatemala gəlir.
 
Qurbanların 40 faizə qədəri yerli əhalidən ibarət olub, üçdə ikisi Latın Amerikasında öldürülüb.
 
Ötənilki qətllərin 141-i spesifik iqtisadi sektorlarla bağlıdır, onlardan üçdə biri faydalı qazıntıların çıxarılmasına etiraz edən fəallar idi.
 
Filippində, Neqros adasında 2019-cu ilin martında polis əməliyyatları nəticəsində 14 şəkər plantasiyası fermeri qətlə yetirilib. /azadliq.org
 

Google+ WhatsApp ok.ru