Suriya XİN: ‘Trampın Əsədi öldürmək istəməsi, ABŞ-ın quldur dövlət olduğunu təsdiqlədi’

Suriya XİN: ‘Trampın Əsədi öldürmək istəməsi, ABŞ-ın quldur dövlət olduğunu təsdiqlədi’

ABŞ-ın prezidenti Donald Trampın Suriyaya kimyəvi silah hücumları iddiaları altında həyata keçirdiyi raket hücumlarında prezident Bəşər Əsədi öldürmək istədiyini, ancaq o vaxtkı müdafiə naziri Ceyms Mattisin buna mane olduğunu bildirməsinə Dəməşqdən reaksiya verilib.
 
Suriyanın Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, ABŞ hiyləgər bir dövlət və terrorçu qrup adlandırılıb: “ABŞ-ın dövlət başçısının prezident Bəşər Əsədin hədəfə alması ilə bağlı açıqlamaları, ABŞ rəhbərliyinin ehtiyatsız siyasi düşüncəsinin və davranışının hansı səviyyəyə düşdüyünü açıq şəkildə göstərir. ABŞ administrasiyaları məqsədlərinə çatmaq üçün cinayəti özlərinə vəzifə bilən quldurlar sistemindən başqa bir şey deyil. Trampın belə bir addımı qəbul etməsi ABŞ rəhbərliyinin hiyləgər və qanunsuz dövlət olduğunu təsdiqləyir.
 
Bu, ABŞ rəhbərliyinin bölgədəki maraqlarına çatmaq üçün heç bir hüquqi, humanitar və ya əxlaqi qaydaları nəzərə almadan qətl və təmizləməyə əl ataraq, terror təşkilatları ilə eyni üsulları tətbiq etdiyini göstərir”. /deyerler.org /
 

Google+ WhatsApp ok.ru