Suriyada Xanım Zeynəbin (s.ə)  hərəmində mövlud mərasimləri keçiriləcək

Suriyada Xanım Zeynəbin (s.ə) hərəmində mövlud mərasimləri keçiriləcək

70 metr uzunluğunda, 1 ton ağırlığında tort hazırlanacaq

Xanım Zeynəbin (s.ə) mövlud günü ərəfəsində  o həzrətin pak hərəmində  müxtəlif mövlud mərasimləri təşkil olunacaq.  
 
Maide.Az  xəbər verir ki, bunu  Ali Rəhbərin  Suriyadakı nümayəndəlik ofisinin rəis müavini  Höccətül-islam  Rəbbani  deyib. 
 
“Bölgədə sabitliyin təmin olunmasını və  xanım Zeynəbin (s.ə) mövlud günündə minlərlə  Əhli-beyt (ə) aşiqinin  o həzrətin  hərəminə toplaşacağını nəzərə alaraq bir həftə müddətində “Zeynəb (s) qələbə və müqavimət iradəsi” şüarı ilə müxtəlif mövlud və mədəni tədbirlər həyata keçiriləcək.”
 
Onun sözlərinə görə, xanım Zeynəbin (s.ə)  mövlud mərasimləri  yanvarın 8-dən  12-dək davam edəcək.  
 
“Cümə günü xanım Zeynəbin (s.ə) mövlud axşamı o həzrətin hərəmində möhtəşəm mərasim təşkil olunacaq.  Təvaşih və ilahilər səsləndiriləcək.”
 
Xanım Zeynəbin (s.ə) hərəmi və qəbri  İrandan gətirilmiş 30 min şaxə güllə bəzədiləcək. “Bunun üçün İmam Rzanın (ə) hərəmindən xüsusi bir komanda Suriyaya səfər edib.”
 
Höccətül-islam Rəbbani bildirib ki, xanım Zeynəbin (s.ə) mövlud günü  20 min nəfərlik  tort hazırlanacaq. “Tortun uzunluğu 70 metr, çəkisi 1 ton  olacaq və tortun üzəri 100 hərəm müdafiçəsi şəhidin  fotoları ilə bəzədiləcək.”
 

Google+ WhatsApp ok.ru