Suraxanı rayonunda xəstəxana yanıb, həkimlər və xəstələr...

Suraxanı rayonunda xəstəxana yanıb, həkimlər və xəstələr...

Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxana binasının damında başlayan yanğın bir neçə palataya da keçib.
 
APA-nın xəbərinə görə, əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.
 
Xəstəxananın tibbi personalı və xəstələr yanğın ehtimalı olan palatalardan təxliyyə edilib. Xəstəxana binasının damında, təxminən, 25-30 kv/m ərazidə başlayan yanğın qısa zamanda söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb.
 
İlkin ehtimala görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.
 
Faktla bağlı araşdırma aparılır.
 
 
 
 

Google+ WhatsApp ok.ru