Sumqayıtdakı yanğında yaralanların 6-sı Bakıya gətirilib

Sumqayıtdakı yanğında yaralanların 6-sı Bakıya gətirilib

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğında 7 nəfər xəsarət alıb.
 
Maide.Az -ın  məlumatına görə, yaralılardan 6-ı Bakıya gətirilib. Biri isə Sumqayıtda Təcili Tibbi Xəstəxanasına yerləşdirilib.
 
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva  APA-a deyib ki, Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb.
 
Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: “Onlardan birinin vəziyyəti ağırdır”.
 

Google+ WhatsApp ok.ru