Sudanda İsrail rejimi ilə razılaşmaya qarşı nümayişlər davam edir - FOTO 24 Oktyabr 2020 14:25 Dünya Sudan ilə İsrail rejimi arasında münasibətlər qurmaq üçün razılaşma elan olunduqdan sonra, paytaxt Xartumda xalq bu razılaşmaya etiraz etmək üçün küçələrə çıxıb. Onlarla insan Xartumda “İsrail rejimi ilə barışmaq olmaz” şüarlarını səsləndirərək, Sudanın keçid hökumətinin sionist rejimlə münasibətlər qurmasına etiraz edib. Ağ Ev oktyabrın 23-ü ABŞ-ın prezidenti Donald Trampın İsrail rejimi və Sudanın münasibətlərini yaxşılaşdırmağa razı olduqlarını elan etdiyini açıqlamışdı. Ancaq Sudan Xarici İşlər Nazirliyi cümə günü razılaşmanın elan edilməsindən sonra belə bir bəyanat verdi: “İsrail rejimi ilə razılığa gəldik, ancaq keçid parlamenti qəbul edib etməyəcəyinə qərar verəcək”. /deyerler / Teqlər : #sudan,#israil rejimi,#sionist rejim , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru NATO İraqdakı missiyasını artırır Bəhreynlilər ötən gecə Fransada başladılan islamofobiyaya qarşı etiraz aksiyası keçirib - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO