İstanbulda İran kinosu günləri keçiriləcək

İstanbulda İran kinosu günləri keçiriləcək

İstanbulda İran Baş Konsulluğu və Beyoğlu rayonu bələdiyyəsinin dəstəyi ilə İran kinosu günləri keçiriləcək.

 
Maide.Az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 17-19 yanvar tarixlərində İstanbulun Beyoğlu mahalında İran bədii filmlərinin pulsuz nümayişi keçiriləcək.
 
Film həvəskarları İranda mükafatlandırılan və uğurla nümayiş olunan İran rejissorlarının doqquz filmini izləyə biləcəklər.
 
İstanbul sakinləri və qonaqları Reza Mirkariminin "Bu gün", Kamal Təbrizinin "Xəyallarının şirin dadı", İbrahim Hatemikin "Qoruma", Abolhəsən Davudinin "Dəlinin üzü" və digər filmlərini görə biləcəklər. Andolu agentliyinin məlumatına görə, İran Kino Günləri çərçivəsində yanvarın 18-də müzakirə paneli təşkil ediləcək.

Google+ WhatsApp ok.ru