İsrail Suriyanın mərkəzində bir hərbi qərargahı hədəfə alıb, havadan müdafiə cavab verib

İsrail Suriyanın mərkəzində bir hərbi qərargahı hədəfə alıb, havadan müdafiə cavab verib

İşğalçı İsrail rejimi  ötən gecə Suriyanın Homs əyalətinin şərqində bir hərbi hava limanını hədəfə alıb.
 
Homs əyalətinin şərqində T4 hərbi hava limanı düşmən təyyarələri və raketləri tərəfindən hədəfə alınıb.
 
Havadan müdafiə hərəkətə keçərək, raketlərin çoxunu zərərsizləşdirib.
 
Məlumata görə İsrail təyyarələri hazırda Suriya-İordaniya sərhədində yerləşən və ABŞ-ın nəzarətində olan ət-Tənif bölgəsindən hücuma keçib.
 
İşğalçı rejim  ötən ayda da Dəməşq yaxınlığında bir hərbi qərargahı hədəfə almışdı.
 
Qeyd edək ki, İsrail Suriyanın Colan Yüksəkliklərini 1967-ci ildə işğal edib. İsrail bundan savayı son 8 il ərzində Suriya ərazisini intensiv olaraq İrandan gələn hərbi yardımları bəhanə edərək, hədəfə alır. /SalamNews  

Google+ WhatsApp ok.ru