İsrail Qəzzaya raket zərbəsi endirib, ölən və yaralananlar var

İsrail Qəzzaya raket zərbəsi endirib, ölən və yaralananlar var

Dünən İsrail ordusu Qəzzanın əl-Bureyc bölgəsindəki hərbi postlardan birinə raket zərbəsi endirib. Nəticədə bir fələstinli hərbçi həlak olub, dörd nəfər yaralanıb.
 
Maide.Az  Felestin.info- a istinadla xəbər verir ki, işğalçı rejim ordusu HƏMAS-ın hərbi qanadı olan "əl-Qəssam" briqadasına məxsus hərbi nəzarət postunu hədəfə alıb. Bildirilib ki, obyektə azı bir raket zərbəsi endirilib.
 
Qəzza Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qidranın açıqlamasına görə, dünyasını dəyişən şəxs 24 yaşlı Mahmud Abid Nəbahindir. Yaralılar dərhal Qəzzadakı Şifa Tibb Mərkəzinə aparılıblar. Onlardan birinin vəziyyəti isə ağırdır.

 

Google+ WhatsApp ok.ru