'Sobsan' boya fabrikində baş verən yanğın söndürüldü , xəsarət alanlar var - YENİLƏNİB3/VIDEO 04 İyul 2020 20:40 Hadisə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb. Bu barədə FHN-dən məlumat verilib. Qeyd edilir ki, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub. Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib. Həmçinin, fabrik ərazisindəki salamat qalmış mal-materiallar FHN qüvvələri tərəfindən yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılıb. Yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib. Yanğının başvermə səbəbləri araşdırılır *** 21:40 Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğın zamanı 5 partlayış qeydə alınıb. Maide.Az “Report”a istinadla xəbər verir ki, parlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib. Qeyd edilir ki, daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir. Hazırda əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib. İlkin məlumata görə, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib. *** Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb. Qərargahdan APA-ya verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir. *** 20:48 Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir. APA-nın hadisə yerində olan müxbirinin məlumtına görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur. Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir. *** Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb. Maide.Az -nın məlumtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. FHN-dən APA-ya faktı təsdiqləyiblər. Teqlər : #Bakıda ,#Sobsan boya fabriki,#yanğın, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lerikdə avtomobil dağdan aşıb, 3 nəfər ölüb Saatlıda qatar yük maşını ilə toqquşub, xəsarət alan var Hadisə Küveytdə neft emalı zavodunda yanğın baş verib Bu il Azərbaycanda 1 171 yol qəzası olub, 504 nəfər ölüb Aeroport yolundakı qəzada 21 yaralı, 5 nəfər həyatını itirib - YENİLƏNİB Lerik-Kəlvəz yolunda avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub - FOTO - YENİLƏNİB Livanda neft anbarında yanğın olub Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var Yaponiyada zəlzələ nəticəsində 52 nəfər xəsarət alıb Pakistanda zəlzələ zamanı azı 20 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb Yaponiyada zəlzələ olub, xəsarət alanlar var Peyğəmbərin karikaturalarının müəllifi maşında yanaraq kül oldu - FOTO/VIDEO Venesuelada neft kəməri partlayıb Ekvador həbsxanasında toqquşmada ölənlərin sayı 100-ü keçib Kanadada mədən qəzası olub, 39 işçi yerin altında qalıb Yunanıstanda güclü zəlzələ olub - Ölən və yaralananlar var Əfqanıstanda partlayış olub, ölənlər var Leysan yağışlar Balakən və Zaqatalada infrastruktura ziyan vurub Batumini su basıb - FOTO Ukrayna Prezidentinin baş müşavirinə sui-qəsd cəhdi olub Dağıstanda hoteldə güclü yanğın olub: Ölən və xəsarət alanlar var - VIDEO Kanar adalarındakı vulkan 100-dən çox evi yandırıb Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB-4 - VİDEO Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB-4 - VİDEO Daşkəsənə dolu düşüb, elektrik kəsilib, nəqliyyatın hərəkəti çətinləşib Bakıda ağaclıq ərazidə yanğın başlayıb Yeni Zelandiyada helikopter qəzaya uğrayıb, ölən var Çində güclü zəlzələ baş verib, ölənlər var Ukraynada terror aktı: Ölənlər var - VİDEO Qazaxıstanda silah-sursat anbarında partlayışda ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB - 2 Bolqarıstanda silah zavodu partlayıb - Ölən var Bakıdakı güclü yanğın söndürüldü - YENİLƏNİB Yaponiyanın Atom Elektrik Stansiyasında yanğın olub Günvurmalarla bağlı müraciətlərin sayı açıqlanıb Haitidə fövqəladə vəziyyət rejimi tətbiq edilib Rusiyada avtobusda partlayış: 18 yaralı, 1 ölü Rusiyada göyərtəsində 16 nəfərin olduğu helikopter qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var Türkiyədə sel və torpaq sürüşməsi (VİDEO) İran Prezidenti yeni kabinet üzvlərinin siyahısını məclisə təqdim edib Türkiyədə 208 yanğından 196-sı nəzarət altına alınıb Ağsuda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır Yardımlı meşəsində YANĞIN Bakı metrosunda hərəkət bərpa olunub - YENİLƏNİB Ukraynada təyyarə evin üstünə düşüb, 4 nəfər ölüb