Sionist rejimin tankları Qəzza sərhədində 3 fələstinli gənci şəhid etdi

Sionist rejimin tankları Qəzza sərhədində 3 fələstinli gənci şəhid etdi

İsrail rejiminin ordusu Qəzzadan sərhədə yaxınlaşan 3 fələstinlini öldürüblər.

İsrail rejiminin ordusuna məxsus tankların Qəzzanın şərq sərhədində İsrail rejiminin sərhədinə yaxınlaşan fələstinli bir qrupa atəş açdığı bildirilib.

Açılan atəş nəticəsində 3 fələstinlinin həyatını itirdiyi məlum olub. Həyatını itirən fələstinlilərin şəxsiyyətləri hələ məlum deyil.

Sionist ordusundan verilən açıqlamada sərhədi keçən fələstinlilərin əsgərlərə qumbara atması nəticəsində vurulduğu qeyd olunub. / Deyerler.org

Google+ WhatsApp ok.ru