SEPAH-ın komandanı: ‘Qasım Süleymaninin qisası mütləq alınacaq’ 19 Sentyabr 2020 16:04 Dünya İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin qisası mütləq alınacaq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu SEPAH-ın komandanı, general Hüseyn Salami deyib. “Biz yalnız general Qasım Süleymaninin şəhid olmasında birbaşa və ya dolayısı ilə iştirak edənləri hədəf alırıq”, - deyə general vurğulayıb. O, ABŞ-ın Cənubi Afrikadakı səfirinə sui-qəsd planları ilə bağlı iddialara da münasibət bildirib. “Siz elə düşünürsünüz ki, biz şəhid qardaşımızın qanı müqabilində Cənubi Afrikadakı bir qadın səfiri vuracağıq?”, - deyə SEPAH-ın komandanı qeyd edib. Xatırladaq ki, daha əvvəl “Politico” nəşri ABŞ-ın bir sıra rəsmilərinə istinadən iddia edib ki, İran Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın Cənubi Afrikadakı səfiri Lana Marksa sui-qəsd təşkil etmək niyyətindədir. Teqlər : #SEPAHın,#komandanı:,#‘Qasım,#Süleymaninin,#qisası,#mütləq,#alınacaq’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da kütləvi atışma: 2 nəfər ölüb, 13 nəfər yaralanıb Pakistanda daha bir Əhli-beyt ardıcılı terror edildi – FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO