SEPAH: ABŞ bazasına raket hücumunda azı 80 nəfər həlak olub

SEPAH: ABŞ bazasına raket hücumunda azı 80 nəfər həlak olub

İranın İslam İnqilabı Keşikçilər Korpusu SEPAH-ın İraqın Eynül-Əsəd bazasına hücumunda azı 80 amerikalı hərbçi həlak olub.

 
Bunu SEPAH-ın məlumatlı rəsmisi Fars informasiya agentliyinə açıqlamasında deyib.
 
Məlumatlı hərbçi bildirib ki, dəqiq məlumatlara əsasən təxminən 200 nəfər yaralanıb.
 
İranlı hərbçi yaralıların vertolyotla dərhal bazadan aparıldığını deyib.
 
İranlı hərbçinin sözlərinə görə, Eynül-Əsəd bazası ABŞ üçün strateji obyekt idi və bu bazadan PUA-lara dəstək verilirdi.
 
“Bazada 20 həssas məkana 15 ədəd raket atılıb. Çoxlu sayda PUA və helikopter məhv edilib”.
 
SEPAH hərbçisi deyib ki, bölgədə ABŞ-ın 104 həssas məkanı müəyyənləşdirilib. ABŞ tərəfindən hər hansı ilk hücuma cavab olaraq məhv ediləcək./ Trend

Google+ WhatsApp ok.ru