Salyanda mikroavtobusun qəzaya düşməsi nəticəsində 1 uşaq ölüb, 7 nəfər xəsarət alıb

Salyanda mikroavtobusun qəzaya düşməsi nəticəsində 1 uşaq ölüb, 7 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb.
 
Maide.Az bildirir ki, Nazirlikdən “Report”a verilən məlumata görə, hadisə zamanı 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.
 
Qeyd olunub ki, 1-i sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib: “Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir”.

Google+ WhatsApp ok.ru