Sabahın hava proqnozu açıqlanıb 09 Dekabr 2019 13:10 Ölkə Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 10-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında əsasən təmiz və oksigenlə zəngin havanın üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir. Teqlər : #Hava ,#haqqında,#hava durumu,#yağış, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq Hicab probleminin köklü həllinin zamanıdır - Hacı İlqar İbrahimoğlu