Sabahın hava proqnozu 29 Sentyabr 2020 13:17 Ölkə Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 15-17, gündüz 22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-16 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz Sentyabrın 30-u, oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Teqlər : #Sabahın,#hava,#proqnozu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xətai rayonu şəhidini qarşıladı - FOTO Bankların kredit portfeli 4 faiz azalıb