Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ 17 İyun 2021 16:37 Ölkə İyunun 18-dən 19-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, arabir 23 m/s, iyunun 18-i səhər yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. "Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. İyunun 18-də Azərbaycanın bəzi rayonlarında qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi, bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Teqlər : #Sabahdan,#güclü,#külək,#əsəcək,#XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda Təhsil Tələbə Krediti Fondu yaradılıb Bu tələbələrə güzəşt ediləcək - Nazir açıqladı