Sabah bütün şagirdlərinin məktəbə gəlməsinə ehtiyac yoxdur - Nazirlik 14 Sentyabr 2020 13:40 Ölkə Təhsil Nazirliyi yeni tədris ilinin ilk günündə şagirdlərin məktəbə hansı formada gedəcəyi məsələsinə aydınlıq gətirib. Maide.Az bildirir ki, Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) keçiriləcək. Lakin sabah bütün ibtidai sinif şagirdlərinin məktəbə getməsinə ehtiyac yoxdur. Şagirlər məktəb rəhbərliyinin müəyyən etdiyi dərs cədvəli əsasında, növbəlilik prinsipi ilə məktəbə gedəcəklər: "Bununla bağlı artıq məktəb rəhbərliyi valideynləri məlumatlandırıb. Valideynlər bu cədvələ uyğun uşaqlarını müəyyən edilmiş günlərdə məktəbə göndərməlidirlər. Bu, eyni zamanda 1-ci sinif şagirdlərinə də aiddir. Sabah bütün 1-ci sinif şagirdlərinin məktəbə gəlməsinə ehtiyac yoxdur". Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən "Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" tədris planları təsdiq olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə təşkil olunacaq. Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır. Teqlər : #Sabah,#bütün,#şagirdlərinin,#məktəbə,#gəlməsinə,#ehtiyac,#yoxdur,#Nazirlik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan və İran arasında dəniz nəqliyyatı üzrə əməkdaşlıq müzakirə olunub