Səudiyyə Ərəbistanı Ümrə ziyarətinin qaydalarını açıqlayıb 23 Sentyabr 2020 08:55 Dünya Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi COVID-19 pandemiyası şəraitində keçiriləcək Ümrə ziyarətinin qaydalarını açıqlayıb. Maide.Az xəbər verir ki, nazirlikdən rəsmi SPA informasiya agentliyinə bu ziyarətdə məhdud sayda əcnəbi zəvvarların da iştirak edəcəyi bildirilib. Builki qaydalara görə, oktyabrın 4-dən başlayaraq, Krallığın hüdudları daxilində yaşayan zəvvarlar Ümrə ziyarətini yerinə yetirə biləcəklər. Lakin iki müqəddəs məscidi ziyarət edəcək bu insanların sayı birinci mərhələdə 6 min, ikinci mərhələdə isə 15 min nəfərdən çox olmayacaq və onların COVID-19 testindən keçməsinə, qoruyucu maska taxmasına və sosial məsafə qaydalarına riayət etməsinə xüsusi diqqət yetiriləcək. Krallıq rəsmiləri bildiriblər ki, pandemiya şəraitində keçirilən Həcc ziyarətindən fərqli olaraq, Ümrə ziyarətinin üçüncü mərhələsində xarici ölkələrdən məhdud sayda zəvvarların da iştirakına icazə veriləcək. Teqlər : #Səudiyyə Ərəbistanı,#Ümrə ziyarəti, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Livanın cənubunda yanacaqdoldurma məntəqəsində partlayış - VİDEO Nigeriyada Şeyx Zəkzakiyə dəstək aksiyaları davam edir - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO